Tesla Almaniyada zavodunun genişləndirilməsinə 3,3 milyard dollar yatıracaq


Ana SəhifəAVTOTesla Almaniyada zavodunun genişləndirilməsinə 3,3 milyard dollar yatıracaq
AVTO20.11.2026 12:06
Fins.az - ABŞ-ın elektrik avtomobili istehsalçısı Tesla Almaniyada yerləşən zavodunun genişləndirilməsi üçün 3 milyard avro (təxminən 3,3 milyard dollar) investisiya yatırmağı planlaşdırır.
İnvestisiya Berlin yaxınlığındakı Grünheide sənaye kompleksində yeni istehsal binasının tikintisini nəzərdə tutur. Layihənin əsas məqsədi şirkətin pilotsuz Cybercab robotaksilərinin istehsalını təşkil etməkdir.
Tesla-nın planına əsasən, tikinti işlərinə 2027-ci ilin birinci yarısında başlanacaq. Yeni istehsal müəssisəsində avtomobillərin buraxılışının isə 2029-cu ildə başlaması gözlənilir.
Şirkət gələcəkdə zavodun illik istehsal gücünü 1 milyon Cybercab avtomobilinə çatdırmağı hədəfləyir. Layihənin ilkin mərhələsində tikinti və istehsalın planlaşdırılması sahələrində bir neçə yüz yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Hazırda Grünheide zavodunda Model Y elektrik avtomobilləri istehsal olunur. Müəssisədə batareya elementlərinin istehsalının genişləndirilməsi də planlaşdırılır.
Layihə Almaniyanın avtomobil sənayesi üçün əhəmiyyətli investisiya təşəbbüslərindən biri hesab olunur. Bununla yanaşı, zavodun genişləndirilməsi su ehtiyatlarından istifadə, ətraf mühitə təsir və yerli infrastrukturla bağlı məsələləri də gündəmə gətirir.
MüəllifVüqar
Yüklənir...
1 mənbə