Bakı metrosunun inkişaf planında iştirak edən Fransa şirkəti Azərbaycan filialını ləğv edir


Fransanın “SYSTRA SA” şirkətinin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib.
Banker.az xəbər verir ki, “SYSTRA” metro, dəmir yolu və digər nəqliyyat infrastrukturu layihələri üzrə mühəndislik və məsləhət xidmətləri göstərir. Şirkət Azərbaycanda Bakı metrosu şəbəkəsinin modernləşdirilməsi və genişləndirilməsi üzrə inkişaf planının hazırlanmasında beynəlxalq konsorsiumun tərkibində iştirak edib.
Şirkətin ləğvi ilə bağlı kreditorların tələblərini iki ay ərzində AZ1073, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 97, mənzil 46 ünvanına bildirə biləcəyi qeyd edilib.
Şirkətin Bakıdakı filialı layihə üzrə mühəndislik xidmətlərini yerinə yetirmək üçün 2010-cu ildə yaradılıb.
1 mənbə