Bir gündə 1 avtomat və 10 tüfəng müsadirə edildi


Kriminal
0 0
Bugün 10:20
Noyabrın 19-da ölkə ərazisində qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib.
Tədbirlər nəticəsində paytaxtda və respublikanın müxtəlif rayonlarında 1 avtomat silahı, 10 tüfəng, 1 patron darağı və 25 ədəd patron aşkar edilərək götürülüb.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlərin davam etdirildiyi bildirilib.
