Maşın vurdu, 20 gün sonra öldü...


HADİSƏ
20 Noyabr 2026 | 10:37 | Müəllif: Əli Hüseynov
Sabirabadda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, oktyabrın 31-i saat 22 radələrində Sabirabad rayonunun Çöl Beşdəli kəndinin ərazisində Vüqar Əliməmmədov idarə etdiyi “QAZ-31105” markalı avtomobillə yolu keçən Sabirabad rayonunun Çölbeşdəli kəndi sakini, 1961-ci il təvəllüdlü Məmmədov Yaşar Qubalı oğlunu vurub.
Piyada açıq kəllə-beyin travması ilə Şirvan xəstəxanasına yerləşdirlib və ötən gecə orada ölüb.
Faktla bağlı araşdırma aparılır.

Oxu.az+2 mənbə