Pnevmatik silahdan açılan atəş məktəbli qızın gözünü ZƏDƏLƏDİ


Rusiyada yeniyetmənin pnevmatik silahla açdığı atəş 15 yaşlı qızı görmə qabiliyyətindən məhrum edə bilər.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rusiyanın Vladivostok şəhərində yeniyetmələr pnevmatik silahla oynayarkən bədbəxt hadisə baş verib.
Onlardan biri təsadüfən tətiyi çəkərək 15 yaşlı rəfiqəsinin gözünə atəş açıb.
Güllə qızın göz yuvasına daxil olaraq göz almasına toxunub.
Yaralı məktəbli qanaxma, hematoma və güclü şişkinliklə xəstəxanaya çatdırılıb.
Güllə artıq çıxarılsa da, zərbə nəticəsində göz damarları zədələnib. Həkimlər hazırda yeniyetmənin görmə qabiliyyətini xilas etməyə çalışırlar.
Xuraman Etibarlı
İnterpress.az
Dərc vaxtına görə
Interpressoxuduğunuz
Pnevmatik silahdan açılan atəş məktəbli qızın gözünü ZƏDƏLƏDİ

Oxu.az+2 mənbə