Sabirabadda avtomobilin vurduğu piyada 20 gün sonra xəstəxanada ölüb


20 noyabr 2026 10:30 (UTC +04:00)
Sabirabadda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, oktyabrın 31-i saat 22 radələrində Sabirabad rayonunun Çöl Beşdəli kəndinin ərazisində Vüqar Əliməmmədov idarə etdiyi “QAZ-31105” markalı avtomobillə yolu keçən Sabirabad rayonunun Çölbeşdəli kəndi sakini, 1961-ci il təvəllüdlü Məmmədov Yaşar Qubalı oğlunu vurub.
Piyada açıq kəllə-beyin travması ilə Şirvan xəstəxanasına yerləşdirlib və ötən gecə orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
İDMAN XƏBƏR
Dərc vaxtına görə
