Beynəlxalq Ədalət Məhkəməsi Myanmanı Rohinca xalqına qarşı soyqırımda təqsirli bildi


Beynəlxalq hüquq tarixində mühüm qərarlardan biri qəbul edilib. BMT-nin əsas məhkəmə orqanı Myanmanın 2017-ci ildə Rohinca müsəlmanlarına qarşı həyata keçirilən hərbi əməliyyatlar zamanı soyqırım törətdiyinə dair dövlət məsuliyyətini tanıyıb.
Plat.az-ın Associated Press-ə istinadən xəbər verir ki, Beynəlxalq Ədalət Məhkəməsi 9 lehinə, 6 əleyhinə səslə Myanmanın Rohinca əhalisinə qarşı soyqırım törətməsi ilə bağlı qərar qəbul edib. İş Qambiyanın 2019-cu ildə qaldırdığı iddia əsasında araşdırılıb. Məhkəmə 2017-ci ildə Myanmanın Rakhayn ştatında aparılan hərbi əməliyyatlar zamanı minlərlə insanın öldürüldüyünü, qadın və uşaqlara qarşı genişmiqyaslı zorakılıq törədildiyini nəzərə alıb. Qərara əsasən, Myanma baş verən hadisələrin araşdırılması, məsul şəxslərin cəzalandırılması və zərərçəkənlərin hüquqlarının bərpası istiqamətində tədbirlər görməlidir. Həmçinin Rohinca qaçqınlarının təhlükəsiz, könüllü və ləyaqətli şəkildə öz yaşayış yerlərinə qayıtması məsələsi gündəmə gətirilib. Hazırda təxminən 1,2 milyon Rohinca qaçqını Banqladeşdə yaşayır. Qərar beynəlxalq hüquq baxımından əhəmiyyətli olsa da, məhkəmənin onu birbaşa icra etdirmək üçün müstəqil mexanizmi yoxdur.
Dərc vaxtına görə