Beynəlxalq Ədalət Məhkəməsi Myanmanın Rohinca müsəlmanlarına qarşı soyqırımı törətdiyini təsdiqləyib


19.11.2026 - 21:01
BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Myanmanın 2016–2017-ci illərdə Rohinca müsəlman azlığına qarşı hərbi əməliyyatlar zamanı soyqırımı törətdiyinə dair qərar qəbul edib.
İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Məhkəmənin qərarında Myanma hərbçilərinin kütləvi qətllər, seksual zorakılıq və yaşayış məntəqələrinin dağıdılması ilə müşayiət olunan əməliyyatlar həyata keçirdiyi bildirilib. Həmin hadisələr nəticəsində 700 mindən çox Rohinca müsəlmanı Banqladeşə sığınmağa məcbur olub.
Bu, Beynəlxalq Ədalət Məhkəməsinin ilk dəfə bir dövləti soyqırımı törətməkdə məsul hesab etdiyi qərardır.
Qeyd edək ki, qərar Cənubi Afrikanın Qəzza zolağında soyqırımı törətməkdə ittiham etdiyi İsrailə qarşı iddiası baxımından da hüquqi presedent yarada bilər. İsrailə qarşı iş üzrə yekun qərar isə hələ qəbul edilməyib.
Jalə
Dərc vaxtına görə
Report+22 mənbə