"Barselona"nın 2 ulduzu Premyer Liqaya doğru


"Barselona"nın 2 ulduzu klubdan ayrıla bilər.
Offsideplus.az xəbər verir ki, onlar Premyer Liqaya yollana bilər.
İngiltərə Premyer Liqasının aparıcı klubları Kataloniya təmsilçisinin heyətindən futbolçu transfer etmək üçün planlar qururlar.
"Arsenal" və Frenki de Yonq: Baş məşqçi Mikel Arteta Frenki de Yonqu gələcəkdə Martin Zubimendinin komandadan ayrılacağı təqdirdə ideal əvəzləyici kimi görür. Lakin transferin baş tutması üçün niderlandlı yarımmüdafiəçinin Barselonanı tərk etməyə razı olması əsas şərt olaraq qalır.
"Çelsi" və Mark Bernal: "Çelsi" klubu "La Masia" yetirməsi olan Mark Bernalı uzunmüddətli yarımmüdafiə layihəsi olaraq hədəfə götürüb. London klubunda rəhbərlik gənc istedada üstünlük versə də, məşqçi heyəti daha təcrübəli variantların tərəfdarıdır.