Bakıda Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Gələcəyin Peşələri Sammiti keçirilib


11 mənbə əsasında
Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə paytaxtdakı "Gülüstan" sarayında "Gələcəyə tərəf" devizi altında Gələcəyin Peşələri Sammiti təşkil olunub. Tədbirin əsas müzakirə mövzusu süni intellekt dövründə insan kapitalının yeni reallığı və əmək bazarının dəyişən tələbləri olub. Açılışda çıxış edən qurum sədri Hasil Abbasov texnoloji yeniliklərin işəgötürənlərin tələblərini dəyişdirdiyini və gələcək tendensiyalara hazırlaşmağın vacibliyini vurğulayıb. Sammit çərçivəsində müxtəlif panel müzakirələri və təhsil şirkətlərinin xidmətlərini əhatə edən sərgi nümayiş etdirilib.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Bakıda Gələcəyin Peşələri Sammiti keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Bakı şəhərində növbəti dəfə Gələcəyin Peşələri Sammiti keçirilib. AZƏRTAC xəbər verir ki, “Gələcəyə tərəf” devizi ilə keçirilən sammit gələcəyin peşə və bacarıqlarına dair strateji istiqamətlərin müəyyənləşdirilməsi, əmək bazarının yeni çağırışlarının dəyərləndirilməsi, eləcə də dövlət, özəl sektor və təhsil müəssisələri arasında əməkdaşlıq və təcrübə mübadiləsinin təşviqi üçün vahid platforma rolunu oynayıb. Sammitin əsas məqsədi əmək bazarının dəyişən tələblərinə uyğun bacarıqların inkişafına və mütəxəssislərin yeni çağırışlara adaptasiyasına dəstək göstərmək, insan kapitalının inkişafında beynəlxalq təcrübə və innovativ yanaşmaların tətbiqini təşviq etmək olub. Tədbirin açılışında çıxış edən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov texnoloji yeniliklərin, süni intellektin və rəqəmsallaşmanın əmək bazarına sürətlə inteqrasiya etdiyini, peşələrin məzmununu və işəgötürənlərin tələblərini dəyişdirdiyini bildirib. O diqqətə çatdırıb ki, bu dəyişikliklərə yalnız uyğunlaşmaq deyil, gələcək tendensiyaları əvvəlcədən müəyyənləşdirmək və onlara hazırlaşmaq da vacibdir: “Texnologiyanın inkişafı insan amilinin rolunu azaltmır. Əksinə, insan potensialının texnoloji imkanlarla birləşdirilməsi gələcəyin əsas rəqabət üstünlüklərindən biridir. Bu baxımdan insan kapitalına investisiya, ömürboyu öyrənmə, davamlı ixtisasartırma və təhsil proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması xüsusi əhəmiyyət daşıyır”, - deyə H.Abbasov qeyd edib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov süni intellekt dövründə insan kapitalının inkişafından bəhs edərək, süni intellektin gələcəyi ilə bağlı aparılmış tədqiqatlara dair məlumat verib. O, əmək bazarı iştirakçılarının süni intellekt biliklərini artırmalarının vacibliyini, Azərbaycanda süni intellekt eko
Tam oxu Azərbaycan qəzeti saytındaDərc vaxtına görə