Bakıda Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Gələcəyin Peşələri Sammiti keçirilib


11 mənbə əsasında
Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə paytaxtdakı "Gülüstan" sarayında "Gələcəyə tərəf" devizi altında Gələcəyin Peşələri Sammiti təşkil olunub. Tədbirin əsas müzakirə mövzusu süni intellekt dövründə insan kapitalının yeni reallığı və əmək bazarının dəyişən tələbləri olub. Açılışda çıxış edən qurum sədri Hasil Abbasov texnoloji yeniliklərin işəgötürənlərin tələblərini dəyişdirdiyini və gələcək tendensiyalara hazırlaşmağın vacibliyini vurğulayıb. Sammit çərçivəsində müxtəlif panel müzakirələri və təhsil şirkətlərinin xidmətlərini əhatə edən sərgi nümayiş etdirilib.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Bakıda Gələcəyin Peşələri Sammiti keçirilib
Bakıda Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə növbəti Gələcəyin Peşələri Sammiti keçirilib. Bakıvaxtı.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi sammit “Gələcəyə tərəf” devizi altında baş tutub. Tədbirin əsas məqsədi əmək bazarının dəyişən tələblərinə uyğun bacarıqların inkişaf etdirilməsi, mütəxəssislərin yeni çağırışlara hazırlanması, eləcə də insan kapitalının inkişafında beynəlxalq təcrübə və innovativ yanaşmaların təşviqi olub. Sammitin açılışında çıxış edən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov texnoloji yeniliklərin, süni intellektin və rəqəmsallaşmanın əmək bazarına təsirindən danışıb. O bildirib ki, bu dəyişikliklər peşələrin məzmununu və işəgötürənlərin tələblərini əhəmiyyətli dərəcədə dəyişir. Buna görə də gələcək tendensiyaları əvvəlcədən müəyyənləşdirmək və onlara hazırlaşmaq vacibdir. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov isə süni intellekt dövründə insan kapitalının inkişafı məsələsinə toxunub. O, əmək bazarı iştirakçılarının süni intellekt sahəsində bilik və bacarıqlarını artırmasının vacibliyini vurğulayıb, Azərbaycanda süni intellekt ekosisteminin formalaşdırılması istiqamətində görülən işlərdən bəhs edib. Sammit çərçivəsində “Qlobal dəyişikliklərdən fərdi bacarıqlara” və “Dəyişiklikdən rəqabət üstünlüyünə” mövzularında panel müzakirələri təşkil olunub. Müzakirələrdə qlobal əmək bazarının transformasiyası, süni intellekt dövründə fərdi rəqabət üstünlüyünün əldə edilməsi, gələcəyə hazır təşkilatların qurulması və insan kapitalının inkişafı məsələləri diqqət mərkəzində olub. Tədbir çərçivəsində, həmçinin “Birlikdə qur, birlikdə yüksəl!” adlı vörkşop keçirilib. Qeyd edək ki, Gələcəyin Peşələri Sammitinin gələcəkdə Azərbaycanın regionlarında da təşkili nəzərdə tutulur.
Tam oxu Bakivaxti.az saytındaDərc vaxtına görə