“Azərişıq” ASC-nin daha bir elektron xidməti “mygov” platformasında


Bakı, 19 noyabr, AZƏRTAC
Vətəndaşların kommunal xidmətlərdən vahid rəqəmsal platforma üzərindən istifadəsini təmin etmək məqsədilə “Azərişıq” ASC-nin daha bir xidməti “mygov” platformasına inteqrasiya olunub. Səhmdar Cəmiyyət tərəfindən təqdim olunan “Abonent kodunun aktiv və ya passiv olunması üçün müraciət xidməti” artıq platformada əlçatandır.
ASC-dən AZƏRTAC-a bildirilib ki, istifadəçilər abonent kodunun aktiv və ya passiv edilməsi üçün həm my.gov.az veb portalı, həm də “mygov” mobil tətbiqi vasitəsilə rəqəmsal formada müraciət edə bilərlər. Bunun üçün vətəndaşlar “mygov” platformasının “Xidmətlər” bölməsində “Kommunal” kateqoriyasına, daha sonra “Azərişıq” bölməsinə keçid etməlidir. Xidmət seçildikdən sonra abonent kodu və əmlak məlumatları seçilir və ya daxil edilir, əlaqə məlumatları qeyd olunur.
Mövcud borc olduğu halda ödəniş həyata keçirildikdən sonra müraciət təqdim edilir. Müraciətin nəticəsini xidmətin “Tarixçə” bölməsindən izləmək mümkündür.
Dərc vaxtına görə
