Azərbaycana gətirilən şokoladlı meyvələrdə uyğunsuzluq aşkarlandı


Cəmiyyət19 noyabr 2026, 18:4519.11.2026 18:45
Cagdas.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Sınaq nəticəsində məhsul partiyasında kif-maya göbələkləri üzrə uyğunsuzluq aşkarlanıb.
İstehlaka yararsız məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib. Sahibkarın müraciəti əsasında məhsul partiyası məhv edilib.
Dərc vaxtına görə
Çağdaş Mediaoxuduğunuz
Azərbaycana gətirilən şokoladlı meyvələrdə uyğunsuzluq aşkarlandı