İspaniyadan Azərbaycana gətirilən şokoladlı meyvələrdə təhlükəli uyğunsuzluq aşkarlanıb


İspaniyadan Azərbaycana gətirilən 293,4 kq dondurulmuş şokoladlı meyvə məhsulunda uyğunsuzluq aşkarlanıb.
Bu barədə Far.Az-ə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Sınaq nəticəsində məhsul partiyasında kif-maya göbələkləri üzrə uyğunsuzluq aşkarlanıb.
İstehlaka yararsız məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib. Sahibkarın müraciəti əsasında məhsul partiyası məhv edilib.
Qalereya
Oxşar xəbərlər
Dərc vaxtına görə