Polis qadınlara və azyaşlılara qarşı xüsusi vasitələrdən istifadə edə bilməz


Polis əməkdaşları fiziki qüvvə, xüsusi vasitələr və odlu silah tətbiq edərkən müəyyən şəxslərlə bağlı xüsusi məhdudiyyətlərə əməl etməlidirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, odlu silah işlədilməklə basqın edilməsi və ya silahlı müqavimət göstərilməsi halları istisna olmaqla, bu vasitələrin qadınlara, azyaşlılara və yanında azyaşlı olan şəxslərə qarşı tətbiqinə yol verilməməlidir. Əlilliyi və digər fiziki və psixi pozuntuları aşkar bilinən şəxslərə qarşı da eyni məhdudiyyət nəzərdə tutulur. İnsanların toplaşdığı yerlərdə kənar şəxslərin zərər çəkə biləcəyi hallarda odlu silahdan istifadə edilməməlidir. Polis əməkdaşı fiziki qüvvə, xüsusi vasitə və ya odlu silahı yalnız son zərurət və ya zəruri müdafiə vəziyyətində, digər təsir imkanları lazımi nəticə vermədikdə tətbiq etməlidir.
Yazı naviqasiyası
1 mənbə
