Polis əməkdaşlarının sosial təminatları qanunla müəyyən edilmiş qaydada həyata keçirilir


Polis əməkdaşlarının əməkhaqqı, pensiyası, sığortası, mənzil təminatı və digər sosial hüquqları qanunvericiliklə tənzimlənir. Heftelik.az-ın məlumatına görə, bu məsələlər “Polis haqqında” qanunda əksini tapıb. Əməkhaqqına vəzifə maaşı, xüsusi rütbə və xidmət illəri nəzərə alınmaqla müəyyən edilən məbləğlər, eləcə də müvafiq əlavə haqlar daxildir. Xidməti vəzifələrin icrası zamanı sağlamlığa və ya əmlaka dəyən zərərin ödənilməsi üçün də qanuni təminatlar nəzərdə tutulur. Mənzil kirayəsi, köç xərcləri, nəqliyyatdan istifadə, dövlət tibb xidməti və təhlükəsizliklə bağlı təminatlar da bu hüquqlara daxildir. Təminatların konkret məbləği və tətbiq qaydası müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir.
Yazı naviqasiyası
1 mənbə
