Daşınar əşyaya sahiblik mülkiyyət hüququnun ehtimal edilməsi üçün əsasdır


Daşınar əşyanın sahibi haqqında onun həmin əşyaya mülkiyyətçi hüququ ilə sahiblik etməsi ehtimal olunur. Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb. Həmçinin əvvəlki sahibin öz sahibliyi dövründə mülkiyyətçi olduğu ehtimal edilir. Daşınar əşyanı mülkiyyətçi kimi saxlamaq istəməyən şəxs onun etibarlı şəkildə əldə etdiyi şəxsin mülkiyyətində olduğunu ehtimal edə bilər. Sahiblik hüququnun olmadığını bilən və ya bilməli olan şəxs vicdansız sahib hesab olunur. Torpaq sahəsinə mülkiyyət və sahibliklə bağlı hüquqi ehtimallar isə daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatla əlaqələndirilir, lakin torpaq sahəsinin faktiki sahibi də özbaşına məhrumetmə və sahiblik pozuntusu ilə bağlı iddia qaldıra bilər.
Yazı naviqasiyası
1 mənbə
