AVF rəsmisi Çelenc Kubokunun oyununa supervayzer təyin olundu


Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa təyinat alıb.
Offsideplus.az xəbər verir ki, o, kişi voleybolçular arasında Çelenc Kubokunun 1/32 final mərhələsi çərçivəsində keçiriləcək "OFI Crete" (Yunanıstan) – "Helios Grizzlys Giesen" (Almaniya) oyununa supervayzer təyin olunub.
Qeyd edək ki, qarşılaşma sabah – noyabrın 18-də Yunanıstanda baş tutacaq.
