Ata qızını sevgilisi var deyə pəncərədən ataraq öldürüb


İranda ata yeniyetmə qızının bir oğlanla sevgili olduğunu öyrəndikdən sonra onu pəncərədən ataraq öldürüb
Musteqil.az xəbər verir ki, hadisə bir neçə gün əvvəl 16 yaşlı Soqanda Sayyadinin bir oğlanla münasibətini müzakirə etmək üçün atasının məktəbə çağırılması ilə başlayıb. Yeniyetmə atasının onu öldürəcəyini deyərək məktəb rəhbərliyinə yalvarsa da, direktor onun sözlərini ciddiyə almayıb.
Məsələdən xəbər tutan ata əvvəlcə qızını sinif yoldaşlarının gözü qarşısında döyüb, daha sonra küçədə başını bir neçə dəfə divara çırpıb. Bir neçə saat sonra isə Soqanda pəncərədən yıxılaraq ölüb.
Hadisə şahidlərinin qızın məhz atası tərəfindən pəncərədən atıldığını bildirməsindən sonra həmin şəxs saxlanılıb. Cinayətin “namus üstündə” törədildiyi ehtimal olunur.
Yazı naviqasiyası