Anar “Atilla” Məmmədov Superleki ilk raundda nokauta saldı - VİDEO


Azərbaycanlı MMA döyüşçüsü Anar “Atilla” Məmmədov Taylandın paytaxtı Banqkokda keçirilən “ONE Friday Fights 178” turnirində möhtəşəm qələbə qazanıb.
Offsideplus.az xəbər verir ki, Məmmədov muay-tay üzrə bantamweight (61,2 kq) çəki dərəcəsində əsas qarşılaşmada Tayland təmsilçisi Superlek Jitmuangnonu ilk raundda nokauta salıb.
Döyüşün əvvəlində Superlek dəqiq təpik zərbələri ilə rəqibini məsafədə saxlamağa çalışıb. Lakin Məmmədov yaxın məsafəyə keçərək güclü sağ əli ilə rəqibini yerə sərib.
Taylandlı döyüşçü ayağa qalxaraq hakim hesabını davam etdirsə də, azərbaycanlı idmançının növbəti sağ əli qarşısında tab gətirə bilməyib. Qarşılaşma ilk raundun 2 dəqiqə 8-ci saniyəsində başa çatıb.
Bu qələbə ilə Məmmədov iki döyüşlük məğlubiyyət seriyasına son qoyub və peşəkar karyerasında 13-cü qələbəsini qazanıb. Onun hesabında 5 məğlubiyyət də var.
Qarşılaşma Banqkokdakı tarixi “Lumpinee” stadionunda baş tutub.
1 mənbə