Alperen Şengün 43 xalla parladı, Yannis 37 xal vurdu


NBA-da cümə günü keçirilən oyunlarda Avropalı basketbolçular ön plana çıxıb. "Hyuston Rokets"in mərkəz oyunçusu Alperen Şengün "Yuta Caz"a qarşı matçda 43 xal və 12 ribaundla möhtəşəm çıxış edərək komandasının 125:118 hesablı qələbəsində əsas rol oynayıb. "Miluoki Baks"ın lideri Yannis Antetokounmpo isə "Orlando Medc"ə qarşı qarşılaşmada 37 xal, 9 ribaund, 2 assist və 1 blokla fərqlənib. "Mayami Hit" isə son hissədə üstünlüyü ələ alaraq "Klivlend Kavalers" üzərində 133:121 hesablı qələbə qazanıb.
Offsideplus.az xəbər verir ki, "Orlando Medc"də almaniyalı Frans Vaqner 35 xal, 12 assist və 9 ribaundla komandasını "Miluoki Baks" üzərində 107:99 hesablı qələbəyə daşıyıb. "İndiana Peysers" isə "Nyu-York Niks"i 106:104 hesabı ilə məğlub edib. Bu oyunda xorvatiyalı İvitsa Zubaç 12 xal və 13 ribaundla dubl-dabl edib. "Çikaqo Bulls" isə əlavə vaxtda "Atlanta Hoks"u 125:117 hesabı ilə üstələyib. Gecənin digər oyunlarında "Memfis Qrizzlis" "Nyu-Orleans Pelikans"ı 142:111 hesabı ilə darmadağın edib. Avropalı oyunçuların çıxışı ilə yadda qalan bu turda bir neçə ulduz basketbolçu fərdi göstəriciləri ilə seçilib.