Almaniyada gənclərin etiraz aksiyalarında 87 min nəfər iştirak edib


Almaniyanın bir sıra şəhərlərində keçirilən növbəti gənclər etiraz aksiyalarında təxminən 87 min nəfər iştirak edib.
Moderator.az xəbər verir ki, bu barədə DPA agentliyi aksiyaların təşkilatçısı olan "Gen Z regelt" ("Z nəsli qərar verir") gənclər hərəkatına istinadən məlumat yayıb.
Aksiya iştirakçıları təhsilin keyfiyyətinin artırılmasını, iqlim siyasətinə yenidən baxılmasını, nəsillər arasında yükün ədalətli bölüşdürülməsini tələb edib, həmçinin hakimiyyətin hərbi xidmətlə bağlı siyasətindən narazılıqlarını bildiriblər.
Hərəkatın nümayəndəsi Stiven Sedexinin sözlərinə görə, gənclər uzun illərdir keyfiyyətli təhsil, gələcəklərini təmin edəcək iqlim siyasəti və nəsillər arasında ədalətli yük bölgüsü tələb edirlər.
O bildirib ki, hakimiyyət gənclərin tələblərini dinləmək əvəzinə onların hesabına qənaət edir və hərbi xidmətə nə vaxt cəlb olunacaqları barədə qərarları onların iştirakı olmadan verir.
RU
Dərc vaxtına görə
Moderator.az xəbər portalıoxuduğunuz
Almaniyada gənclərin etiraz aksiyalarında 87 min nəfər iştirak edib