Almaniya XİN rəhbərinin İrəvana uçuşu Gürcüstanın hava məkanından keçib


Vətənim Media xəbər verir ki, Almaniyanın xarici işlər naziri Yohann Vadefulun Bakından İrəvana uçan təyyarəsi Gürcüstanın hava məkanından keçib. Bu barədə “Sputnik-Armenia” məlumat yayıb.
Agentliyin məlumatına görə, Almaniya Hərbi Hava Qüvvələrinə məxsus Airbus A350-900 təyyarəsinin marşrutu Flightradar24 platformasında əks olunub. Vadeful noyabrın 17-18-də Azərbaycanda səfərdə olub. O, bu gün İrəvanda Ermənistan rəhbərliyi ilə görüşəcək.
Əsas mənbə: APA
1 mənbə

Report+1 mənbə