Aleks Pereyra: Hakimlər Hokitə haqsızlıq etdilər


UFC-nin sabiq çempionu Aleks Pereyra UFC 334-də keçirilən döyüşlə bağlı maraqlı açıqlama verib. O, hesab edir ki, Coş Hokit Siril Qanı məğlub edib və hakimlərin qərarı ədalətsiz olub.
Offsideplus.az xəbər verir ki, Pereyra bu barədə belə deyib: "Məncə, bu, əsl oğurluq idi. Hokit döyüşü qazandı. Qan ümumiyyətlə heç nə etmədi! Mən istəyirdim ki, Qan qalib gəlsin, amma bu cür yox. Yəqin ki, mən başqa döyüşə baxırdım. Bu, sadəcə dəli bir qərardır". Qeyd edək ki, Qan Hokitə qarşı üç hakim kartında da 48-47 hesabı ilə yekdilliklə qalib elan olunub. Hokit karyerasında ilk dəfə uduzub, lakin özünü güclü rəqib kimi göstərib.