Ağdamda məktəbli sahibsiz itlərin hücumuna məruz qaldı -
.jpg)
.jpg)
AĞDAM, 21 noyabr. TELEQRAF
Ağdamda məktəbli qız sahibsiz itlərin hücumuna məruz qalaraq xəsarət alıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.
Belə ki, Ağdam rayon 150 saylı tam orta məktəbin şagirdi dərsdən sonra evə gedərkən bir neçə sahibsiz itin hücumuna məruz qalıb. Səs-küyə gələn yaxınlıqda yaşayan sakinlər qızı itlərin hücumundan xilas ediblər.
Hadisə nəticəsində məktəbli qız ayağından xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Dərc vaxtına görə