Ağdamda məktəbli sahibsiz itlərin hücumuna məruz qaldı


HADİSƏ
21 Noyabr 2026 | 18:04 | Müəllif: Gülşən Şərif
Ağdamda məktəbli qız sahibsiz itlərin hücumuna məruz qalaraq xəsarət alıb.
Bakıvaxtı.az teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.
Belə ki, Ağdam rayon 150 saylı tam orta məktəbin şagirdi dərsdən sonra evə gedərkən bir neçə sahibsiz itin hücumuna məruz qalıb. Səs-küyə gələn yaxınlıqda yaşayan sakinlər qızı itlərin hücumundan xilas ediblər.
Hadisə nəticəsində məktəbli qız ayağından xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Dərc vaxtına görə