Ağdamda itlər məktəbli qıza hücum edib


Ağdamda məktəbli qız sahibsiz itlərin hücumuna məruz qalıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.
150 saylı tam orta məktəbin şagirdi hazırlıqdan sonra yaşadığı ünvana gedərkən bir neçə sahibsiz itin hücumuna məruz qalıb.
Hadisəni görən yaxınlıqdakı sakinlər müdaxilə edərək məktəbli qızı itlərin əlindən xilas ediblər.
Hücum nəticəsində qızın ayaq nahiyəsindən xəsarət aldığı bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Görüntülər təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Dərc vaxtına görə
