ABŞ nümayəndələri Berlində Ukrayna və Avropa rəsmiləri ilə görüşəcək


ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner noyabrın 19-da Berlinə səfər edərək Ukrayna rəsmiləri və Avropa nümayəndələri ilə danışıqlar aparacaqlar.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə NBC News ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Bildirilib ki, görüşlərdə Ukraynada müharibə başa çatdıqdan sonra ölkənin təhlükəsizliyinə dair etibarlı təminatların hazırlanması, iqtisadi bərpa və inkişaf proqramı, eləcə də danışıqların növbəti mərhələsinə hazırlıq məsələləri müzakirə olunacaq.
Avropa nümayəndə heyətinə Fransa, Almaniya, İtaliya, Polşa və Böyük Britaniyanın, həmçinin NATO, Avropa Şurası və Avropa Komissiyasının təmsilçiləri daxil olacaq.
ABŞ rəsmisinin sözlərinə görə, Berlin görüşləri və Trampın Çinə səfəri vahid diplomatik səylərin tərkib hissəsidir. Vaşinqton Ukrayna və Avropa tərəfdaşları ilə müntəzəm məsləhətləşmələr aparır.
Ukrayna Prezidenti Volodimir Zelenski isə bildirib ki, ölkəsinin gələcəyi ilə bağlı qərarlar Ukraynanın iştirakı ilə, Avropaya aid məsələlər isə Avropanın iştirakı ilə həll edilməlidir.
ABŞ tərəfi yekun razılaşmanın müvafiq tərəflərlə razılaşdırılmalı olduğunu vurğulayıb.
Dərc vaxtına görə