ABŞ Hərbi Dəniz Qüvvələri İrana qarşı müharibədə vaxtı keçmiş raketlərdən istifadə edib


18.11.2026 - 21:02
21
ABŞ Hərbi Dəniz Qüvvələri İrana qarşı hərbi əməliyyatlar zamanı istifadə müddəti başa çatmış bəzi döyüş sursatlarını yenidən kodlaşdıraraq istifadəyə verib.
İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin müvəqqəti katibi Hunq Kao Senatın Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə açıqlama verib.
Onun sözlərinə görə, “Epic Fury” əməliyyatı zamanı istifadə olunan sursatların bir qismi “Echo” və “Foxtrot” kodları ilə qeydiyyata alınmışdı ki, bu da onların istifadə müddətinin başa çatdığını göstərirdi.
Kao bildirib ki, həmin sursatlar yenidən kodlaşdırıldıqdan sonra istifadəyə yararlı hesab edilib və atəşə verilib.
ABŞ rəsmisi həmçinin sursatların vəziyyətini köhnəlmiş çörəyi su ilə isladıb mikrodalğalı sobada qızdırmaqla yenidən istifadəyə yararlı hala gətirməyə bənzədib.
Qeyd edək ki, bu açıqlama İrana qarşı müharibə fonunda ABŞ-ın raket ehtiyatlarının azalması və sursat istehsalının artırılması ilə bağlı müzakirələr zamanı səsləndirilib.
Rauf
1 mənbə