ABŞ-də təyyarə qəzasında üç nəfər ölüb


Dünya
0 0
Dünən 09:10
ABŞ-nin Arizona ştatındakı Böyük Kanyon Milli Parkının şimal kənarı yaxınlığında baş verən təyyarə qəzasında üç nəfər ölüb.
ANZ.AZ-ın xəbərinə görə, bu barədə milli parkın mətbuat xidməti "facebook"da məlumat yayıb.
Qalıqlar Milli Park Xidmətinin əməkdaşları tərəfindən 16 noyabrda yerli vaxtla təxminən saat 10:15-də (Bakı vaxtı ilə saat 21:15) aşkar edilib. Sağ qalan yoxdur.
Fövqəladə yardım xidmətlərinə göyərtəsində üç nəfərin olduğu təyyarənin həmin gün səhər itməsi barədə məlumat daxil olub.
Qəzanın səbəbləri açıqlanmır.
