10 manatlıq "Sakrelt 2023" MMC-nin yarım milyona yaxın borcu var - Shaibi kimdir?


Paytaxtın Yasamal rayonunda hüquqi qeydiyyatda olan "Sakrelt 2023" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə külli miqdarda vergi borcu var.
32gun.az-ın əldə etdiyi xəbərə görə, şirkətin hazırkı vergi borcu 467.074,29 AZN (467 min 74 manatdan çox) təşkil edir.
Dövlət qeydiyyatı göstəricilərinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 40A, mənzil 14 ünvanında hüquqi qeydiyyatda olan MMC-nin nizamnamə kapitalı 10 AZN, qanuni təmsilçisi isə Kənan Şirvan oğlu Abıyevdir.
Ayaz
1 mənbə
