Güləşçilərin Sumqayıt sınağı
Şəhid polkovnik Vüqar Yusifovun xatirəsinə həsr olunan güləş üzrə Açıq Sumqayıt turniri keçiriləcək. Sportify.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. U-17 yaş qrupunun idmançıları yunan-Roma və sərbəst güləş üzrə medallar uğrunda mübarizə aparacaqlar. Yarış 21-22 noyabrda Sumqayıt Olimpiya İdman Kompleksində təşkil olunacaq. The post Güləşçilərin Sumqayıt sınağı appeared first on Sportify.az.












