“Qalatasaray”da ciddi itki – Sançes zədələndi
İdmanXəbəradmin


“Qalatasaray”ın müdafiəçisi Davinson Sançes Kolumbiya millisinin heyətində zədələnib.
İdmanxeber.az-ın məlumatına görə, o, Çili ilə yoldaşlıq görüşündə aldığı zədə səbəbindən 24-cü dəqiqədə əvəzlənib. Futbolçunun zədəsinin ağırlıq dərəcəsi hələlik məlum deyil.
İstanbul təmsilçisində Viktor Osimhen, Rafael Leao və Uğurcan Çakırın da sağlamlıq problemləri yaşaması narahatlığı artırıb.
İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43
