Premyer Liqa xəyalı suya düşən komandaya yeni baş məşqçi gətirilir - SON DƏQİQƏ


«Səbail» rəhbərliyi baş məşqçi dəyişikliyinə hazırlıq görür. Saytımıza bu barədə klubdan məlumat daxil olub.
Bildirilib ki, Mirzə Bayrampur son vaxtlar bir neçə mütəxəssislə görüşlər keçirib.
Onların arasında həm millinin aşağı yaş qruplarından birinin çalışdırıcısı, həm də Premyer Liqada işləyən sükançı var. Prezident eyni zamanda hazırda işsiz olan məşqçilərlə təmas qurub.
Verilən informasiyaya görə, M.Bayrampur yönətimdə yer alan digər şəxslərin təkid və təzyiqi altındadır. Yaxın çevrəsi başa salıb ki, Elnur Abdullayev postunda qalacağı təqdirdə, ona çörək yoxdur.
Yəni, o, işini davam etdirəcəyi müddətdə komanda heç bir uğurlu nəticəyə imza ata bilməyəcək.
Bu gün I Liqada səkkizinci tur başlayacaq. «Səbail» Binədə MOİK-in qonağı olacaq.
«Dənizçilər» hazırda 12 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.
Lider «Şahdağ»dan 6 xal geri qalan kollektiv ordu təmsilçisi ilə görüşdə də qələbə əldə etməsə, Premyer Liqaya birbaşa vəsiqə qazanmaq şansını böyük ölçüdə itirəcək. Çünki onlardan xeyli az büdcəylə yola çıxmış Qusar komandası kifayət qədər yaxşı təsir bağışlayır və inamlı görünür.
«Səbail» bu gün udsa da, uduzsa da, Elnur Abdullayev istefa ərizəsini əlində hazır tutmalıdır. Hər an qovula bilər.
Onu vitse-prezident Rahid Əmirquliyevdən savayı, müdafiə edən yoxdur burada. Ortalıqda görünən və görünməyən kimlər varsa, hamısı bu ayrılığın vaxtının çatdığını düşünür.
SPORPİNFO.AZ
1 mənbə
