“Barselona” Küveyt millisi ilə qarşılaşacaq


İspaniyanın “Barselona” ilə Küveyt Futbol Assosiasiyası (KFA) arasında yoldaşlıq görüşünün təşkili ilə bağlı ilkin razılıq əldə olunub.
Sportify.az KFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşün Küveytin milli bayramları zamanı keçirilməsi nəzərdə tutulur.
Lakin bunun üçün İspaniya klubunun oyun təqvimi imkan verməlidir.
Razılıq KFA sədri Şeyx Əhməd əl-Yusif əs-Sabah ilə “Barselona”nın vitse-prezidenti Rafael Yuste arasında qurumun mənzil-qərargahında keçirilən görüşdə əldə olunub.
Əhməd əl-Yusif bildirib ki, əməkdaşlıq yalnız yoldaşlıq oyunu ilə məhdudlaşmayacaq. Küveyt tərəfi “Barselona”nın müxtəlif yaş qrupları üzrə təcrübəsindən yararlanmaq, klubdan məşqçilər cəlb etmək, ixtisasartırma kursları və təlim proqramları təşkil etmək niyyətindədir.
Tərəflər həmçinin Küveytdə qadın futbolunun inkişafı istiqamətində əməkdaşlıq edəcəklər.
Qeyd edək ki, “Barselona” noyabrın 25-də Çempionlar Liqasının əsas mərhələsinin V tur matçında “Sabah”ın qonağı olacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 21:45-də başlanacaq.
