Arda Güler 2032-ci ilədək "Real"da


İspaniyanın “Real Madrid” klubu Türkiyə millisinin futbolçusu Arda Güler ilə müqavilənin müddətini uzadıb.
Moderator.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında əldə olunan razılaşmaya əsasən, 21 yaşlı yarımmüdafiəçi 2032-ci il iyunun 30-dək Madrid təmsilçisinin formasını geyinəcək.
Arda Güler 2023-cü ilin iyulunda, 18 yaşında “Real Madrid”ə keçib. O, klubun heyətində indiyədək 126 oyunda meydana çıxıb və 5 titul qazanıb. Futbolçunun kolleksiyasında UEFA Çempionlar Liqası, klublararası dünya çempionatı, UEFA Superkuboku, İspaniya çempionluğu və İspaniya Superkuboku mükafatı var.
Arda Güler milli komandanın heyətində 38 oyun keçirib.
RU
16:20, Bu gün Arda Güler və Kenan Yıldız nüfuzlu mükafat uğrunda mübarizə aparacaqlar
16:15, Bu gün Tanınmış hind yazıçıdan "Yazmağın 10 qaydası"
16:10, Bu gün Zaur Psixiatriya Xəstəxanasında palata yoldaşını necə öldürüb? - Təfərrüat
16:05, Bu gün Peşə hazırlığına cəlb olunanların illik sayının 2030-cu ilədək 25 minə çatdırılması hədəflənir
16:00, Bu gün “Danışmaqxana” söhbəti böyüdü - Firudin Cəlilovdan Səyyad Arana SƏRT etiraz
15:55, Bu gün Təhsilə 5,4 milyard manat - repetitor asılılığı nə vaxt bitəcək?
15:51, Bu gün "Range Rover" gətirəcəyəm" deyib 261 min manatdan çox pul aldı - Bakıda dələduzluq
15:50, Bu gün Gündə iki fincan qəhvə Parkinson riskini azalda bilər – Alimlərdən maraqlı açıqlama
15:46, Bu gün Oğuzda avtoxuliqanlıq edən sürücü həbs olundu
15:44, Bu gün Abşeronda yük maşınından 10 min manatlıq OĞURLUQ
Dərc vaxtına görə
Moderator.az xəbər portalıoxuduğunuz
Arda Güler 2032-ci ilədək "Real"da
