Yüksək Liqa və I Liqanın bütün iştirakçıları müəyyənləşdi
Sportify.azHaşim Məmmədov


Futzal üzrə Azərbaycan Yüksək Liqasında yeni mövsümdə iştirak edəcək komandalar açıqlanıb.
Sportify.az xəbər verir ki, turnirdə 10 komanda çempionluq uğrunda yarışacaq.
Bunlar “Araz-Naxçıvan”, “Yasamal Bakı”, “Rəvan”, “Atidel Ordubad”, “Şuşa”, “Marafon”, “Xankəndi”, “Baku Fire”, “Neftçi İK” və “İmişli” klublarıdır.
1-ci Liqada isə “Baku”, “Ulduz”, “İçərişəhər”, “Star kargo”, “Xan Lənkəran”, “Timsport”, “Baku Fire – 1”, “Metropoliten”, “Xəzər”, “Neftçala” və “Finans” iştirak edəcək.
Xatırladaq ki, ötən mövsüm “Araz-Naxçıvan” ölkə çempionu olub.
