“Barselona” rəhbərliyində “Atletiko” ilə oyun zamanı gərginlik yaşanıb


“Barselona”nın rəhbərliyi arasında “Atletiko Madrid”lə oyun zamanı mübahisə baş verib.
Offsideplus.az xəbər verir ki, qarşılaşmadan əvvəl Mateu Alemani əvvəllər birlikdə çalışdığı bir neçə klub rəsmisi ilə salamlaşıb. Lakin fasilədə Alejandro Eçevarya həmin şəxsləri Alemani ilə münasibətlərinin gərgin olduğunu əsas gətirərək salamlaşdıqlarına görə danlayıb.
İdarə heyətinin bəzi üzvləri isə Alemaninin sadəcə onlarla salamlaşdığını bildirərək buna etiraz ediblər. Enrik Masip də onların müdafiəsinə qalxaraq bunun adi, mehriban salamlaşma olduğunu vurğulayıb.
Mübahisə getdikcə böyüyüb və vəziyyəti nəzarətə götürmək üçün Joan Laporta səsini yüksəltməli olub.
Məlumata görə, idarə heyətinin bir neçə üzvü Eçevaryanın onlarla rəftarından ciddi narazılıq edir.
1 mənbə
