Portuqaliya klubu Dani Alveşə görə problemlə üzləşib
Portuqaliyanın üçüncü liqa təmsilçisi “San-Juanense” maliyyə problemləri ilə üzləşib. “A Bola” nəşrinin məlumatına görə, klub artıq iki aydır əməkdaşlarına maaş ödəmir. “San-Juanense” rəsmi açıqlamasında gecikməni klub prezidenti və Braziliya millisinin sabiq müdafiəçisi Dani Alveşin bank hesablarının bloklanması ilə əlaqələndirib. Hesabların hansı səbəbdən bloklandığı isə açıqlanmayıb. Portuqaliya Futbolçular Həmkarlar İttifaqı vəziyyəti izləyir. Maraqlıdır ki, qurum da yaranmış maliyyə çətinliklərinin səbəbləri ilə bağlı ətraflı məlumat əldə edə bilməyib. Qeyd edək ki, Dani Alveş bu ilin yanvarında klubun ortaq sahiblərindən biri olub.












