Poçettinonun köməkçiləri kimlər olacaq?


“Mançester Yunayted”in “sükanı arxasına” keçən Maurisio Poçettino artıq İngiltərəyə gələrək Karrinqton məşq bazasında olub.
Futbolpress.az xəbər verir ki, rəhbərlik yeni məşqçilər korpusunun tərkibini də açıqlayıb.
Əvvəllər də Poçettino ilə birlikdə işləmiş Xesus Peres, Migel D’Aqostino, Toni Ximenes, Alek Skott və Sebastiano Poçettino onun köməkçiləri olacaqlar. Eyni zamanda, sabiq çalışdırıcı Maykl Karriklə yanaşı Trevis Binnion, Conni Evans, Stiv Holland, Kreyq Mouson və Conatan Vudgeytin klubdan ayrıldığı təsdiqlənib və onlara xidmətlərinə görə təşəkkür edilib.
Xatırladaq ki, noyabrın 13-də 2029-cu ilə qədər müqavilə imzalayan Poçettino “qırmızı şeytanlar”ın baş məşqçisi kimi debüt oyununa noyabrın 22-də “Liverpul” səfərində çıxacaq.
Dərc vaxtına görə
Futbolpress.azoxuduğunuz
Poçettinonun köməkçiləri kimlər olacaq?
