Tovuz təmsilçisindən inamlı qələbə
Sportify.azHaşim Məmmədov


Qadın voleybolçular arasında Azərbaycan çempionatında daha bir oyun baş tutub.
Sportify.az xəbər verir ki, bu gün Super Liqanın 3-cü turu çərçivəsində “Turan” və “Naxçıvan” klubları üz-üzə gəliblər.
Tovuz Olimpiya İdman Kompleksində təşkil olunan görüş meydan sahiblərinin üstünlüyünü ilə keçib. Region komandalarının bu oyununda Tovuz təmsilçisi sevinən tərəf olub. 3 hissə davam edən matçda “Turan” quru hesablı qələbə qazanıb.
Super Liqa
18 noyabr
III tur
“Turan” – “Naxçıvan” 3:0 (25:14, 25:18, 25:20)
