"Qarabağ" Azərbaycanda qalmayacaq, ora üz tutacaq


"Qarabağ"ın qışda keçirəcəyi təlim-məşq toplanışının tarixi və yeri məlum olub.
Sportinfo.az xəbər verir ki, "köhlən atlar"ın hazırlıq prosesi yanvarın 11-dən 20-dək Türkiyədə təşkil ediləcək.
Toplanış Antalyanın Belek qəsəbəsində baş tutacaq.
Komandanın yoldaşlıq matçlarında qarşılaşacağı rəqiblər daha sonra açıqlanacaq.
"Qarabağ" hazırda Misli Premyer Liqasında 10 oyundan sonra 19 xalla dördüncü pillədə qərarlaşıb.
