Premyer Liqa klubu FIFA-ya şikayət edəcək


19.11.202613:06
“Mançester Yunayted” 16 yaşlı hücumçu Cey-Cey Qabrielin klubdan ayrılması ilə bağlı FIFA-ya şikayət etməyi nəzərdən keçirir.
Msport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi ötən yay digər komandaların nümayəndələrinin onun icazəsi olmadan futbolçunun ətrafı ilə əlaqə saxladığından şübhələnir.
Qayda pozuntusunu təsdiqləyən sübutlar əldə olunacağı təqdirdə, məsələ FIFA-ya təqdim ediləcək.
Qabriel ötən gün sosial şəbəkədə vida videosu paylaşaraq “Mançester Yunayted”dən ayrıldığını açıqlayıb. Onun 2027-ci ilin yanvarında “Real”a keçəcəyi gözlənilir. Tərəflərin artıq şifahi razılıq əldə etdiyi bildirilir.
Qeyd edək ki, 16 yaşlı futbolçu 2020-ci ildən “qırmızı şeytanlar”ın akademiyasında çıxış edib.
Bənzər xəbərlər
19.11.202612:48
19.11.202612:30
19.11.202611:35
19.11.202611:17
19.11.202610:49
18.11.202620:43
