Kosmosda nəhəng qurğuların tikintisində yeni mərhələ: Robotlar hissələri orbitdə birləşdirir
Kosmosda iri konstruksiyaların astronavtların iştirakı olmadan inşa edilməsi istiqamətində mühüm addım atılıb. ABŞ-ın Kaliforniya Texnologiya İnstitutu (Caltech) və Müdafiə Qabaqcıl Tədqiqat Layihələri Agentliyinin (DARPA) hazırladığı avtonom robot sistemi Yer orbitində insan müdaxiləsi olmadan radio anteninin hissələrini birləşdirməyə başlayıb. HİT.az xəbər verir ki, bu barədə Türkiyənin “CHIP” nəşri məlumat yayıb. “Autonomous Space Truss Assembly” adlanan sistem son altı aydır “Momentus” şirkətinə məxsus “Vigoride 7” orbital xidmət aparatına qoşulmuş vəziyyətdə fəaliyyət göstərir. Layihənin əsas məqsədi diametri 1,4 metr olan dairəvi radio antenini tam avtomatik şəkildə yığmaqdır. Robot bu prosesdə kosmik sənayedə geniş istifadə olunan Kapton polimer plyonkasından hazırlanmış əks etdirici səthlərdən, alüminium birləşdirici detallardan və lifli borulardan istifadə edir. Mexaniki qol vasitəsilə hissələri götürən sistem onları əvvəlcədən müəyyənləşdirilmiş nöqtələrdə birləşdirir. Nəticədə kiçik modullardan tədricən daha böyük konstruksiya formalaşır. Robot kosmosda konstruktor oyuncağı kimi qurğu yaradır DARPA-nın NOM4D proqramına rəhbərlik edən Endryu Detor sistemin iş prinsipini “Tinkertoys” və “K'nex” kimi konstruktor oyuncaqlarına bənzədib. Bu üsulda ayrı-ayrı detallar birləşdirilərək daha böyük struktur yaradılır. Detorun sözlərinə görə, texnologiyanın əsas üstünlüyü mürəkkəb robotlara və həddindən artıq inkişaf etmiş alqoritmlərə ehtiyac olmadan işləyə bilməsidir. Caltech mühəndisləri sadə mexaniki əməliyyatları etibarlı şəkildə birləşdirərək daha böyük konstruksiyaların avtomatik yığılmasına imkan verən sistem hazırlayıblar. Bu yanaşma böyük ölçülü avadanlıqların bütöv şəkildə kosmosa göndərilməsi zərurətini azalda bilər. Belə qurğular kiçik hissələrə bölünərək orbitə daşına və orada robotlar tərəfindən birləşdirilə bilər. İlk sınaqlarda texniki problemlər yaranıb Bununla belə, layihənin ilk mərhələsi problemsiz keçməyib. Sınaqlar zamanı müxtəlif texniki çətin












