Qrossi: MAQATE Zaporojye AES-ə hücumlara görə məsuliyyəti müəyyən edə bilməz-ÖZƏL


17:35 Dünya
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) texniki mandatına əsasən Zaporojye Atom Elektrik Stansiyasına (AES) endirilən zərbələrə görə münaqişə tərəflərindən heç birini məsul tuta bilməz. Olaylar.az xəbər verir ki, bunu MAQATE-nin baş direktoru Rafael Qrossi bildirib. Onun sözlərinə görə, agentlik siyasi qiymətləndirmələr aparmır və yalnız müstəqil şəkildə yoxlaya bildiyi hadisələrə münasibət bildirir. Qrossi qeyd edib ki, MAQATE-nin əsas vəzifəsi texniki hadisələr və hücumlar barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaqdır. Qeyd edək ki, noyabrın 15-də Rusiyanın Vyanadakı BMT-dəki daimi nümayəndəsi Mixail Ulyanov Qrossini Ukraynanın Zaporojye AES-ə hücumlarını daha sərt şəkildə pisləməməkdə tənqid edib. Rosatom-un rəhbəri Aleksey Lixaçev də agentliyin bu məsələdə mövqeyini daha aydın ifadə etməli olduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
1 mənbə
