“Hayabusa-2” kosmik stansiyasının uçuş marşrutu dəyişdirilib


18 Noyabr 2026 17:44
DÜNYA
Yaponiyanın “Hayabusa-2” avtomatik planetlərarası stansiyası əvvəlcədən planlaşdırıldığı kimi “1998 KY26” asteroidinə eniş etmək əvəzinə, digər bir səma cisminin – “2015 BM510” asteroidinin yaxınlığından keçəcək. Bu barədə Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinə istinadən “Kyodo” agentliyi məlumat yayıb.
Bildirilib ki, “Hayabusa-2”nin “1998 KY26” asteroidinə 2031-ci ildə çatması nəzərdə tutulurdu. Lakin stansiyanın dörd mühərrikindən işlək vəziyyətdə qalan sonuncusunda yaranan nasazlıq səbəbindən uçuş hədəfi dəyişdirilib. Yeni plana əsasən, kosmik aparat 2028-ci ildə “2015 BM510” asteroidinin 17-74 metr məsafəsindən uçub keçəcək.
Xatırladaq ki, hələ oktyabr ayında Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi “1998 KY26” asteroidinə doğru hərəkət edən “Hayabusa-2” stansiyasının mühərrikində texniki problemlərin yarandığını açıqlamışdı.
Qeyd edək ki, “Hayabusa-2” missiyası 2014-cü ilin dekabrında Yaponiyanın Taneqasima kosmodromundan “H-IIA 202” raketi vasitəsilə buraxılıb. Kosmik aparat Apollon qrupuna aid, Yerə yaxın “Ryuqu” asteroidinə 2018-ci ilin iyununda çatıb. Həmin ilin sentyabrında missiyaya daxil olan “Rover-1A” və “Rover-1B” robotlarının yerləşdiyi “MINERVA II-1” konteyneri dünyada ilk dəfə olaraq asteroidin səthinə yumşaq eniş edib. Daha sonra digər səma cisimlərini tədqiq etmək məqsədilə missiyanın müddəti uzadılıb.
Yasəmən MUSAYEVA,
“Azərbaycan”
Digər Xəbərlər
Faydalı linklər
ÇOX OXUNANLAR
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
TƏQVİM / ARXİV
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu. Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu. Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir! Hələ də dünyada ədalətsizliklər mövcuddur! Hələ də dünyada ikili standartlar var! Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir! Odur ki, biz daima güclü olmalıyıq. Güclü olmağın əsas şərti isə bizim birliyimizdir! Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq. Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq. Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik. Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir. Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!
