Antalya bələdiyyəsinin sədr əvəzi CHP-dən istefa verdi
Ərdoğanın lideri olduğu AK Partiyaya qoşulacağı barədə iddialar yayılan Antalya Böyükşəhər Bələdiyyəsinin sədr əvəzi Büşra Özdəmir bu gün CHP-dən istefa verib.Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Prezident Ərdoğanın liderliyi ilə sabah AK Partiyasının qərargahında keçiriləcək mərasimdə iqtidar partiyasına rəsmən üzv olacaq.Xəbərə görə, Ərdoğan şəxsən ona üzvlük vəsiqəsi və döş nişanı təqdim edəcək.F.SƏFƏRLİMİA.AZ












