Kreml Putin və Tramp arasında baş tutmayan söhbətin səbəbini açıqladı


Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində təşkil olunan rəsmi qəbul zamanı söhbət edə bilməyiblər.
Tiraj.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov TASS-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, iki lider qəbul zamanı eyni masada, lakin bir-birinin yanında əyləşməyiblər.
“Onlar masada bir-birinin yanında əyləşməmişdilər, buna görə də masa arxasında bir-biri ilə söhbət etmək imkanları olmadı”, – Uşakov bildirib.
Qeyd edək ki, daha əvvəl Yuri Uşakov Vladimir Putin və Donald Trampın Şençjendə keçiriləcək APEC sammiti çərçivəsində bir neçə dəfə ünsiyyətdə olacağını bildirmişdi.
Ağ Ev isə Vladimir Putin və Donald Trampın Çin Sədri Si Cinpinlə rəsmi görüşünün noyabrın 19-da Şençjendə keçiriləcəyini açıqlayıb.
Rusiya, ABŞ və Çin liderlərinin üçtərəfli sammiti Kylin Villa hotel kompleksində keçiriləcək. Danışıqların yerli vaxtla saat 14:30-da (Moskva vaxtı ilə 09:30) başlanması planlaşdırılır.
Arif