İspaniyada 2 min il yaşı olan qablarda süd və şərab izləri aşkarlanıb


19 Noyabr 2026 18:58
38
DÜNYA
İspaniyanın Menorka adasındakı mağara kompleksində aşkar edilmiş 34 keramika qabın qalıqlarının təhlili göstərib ki, təxminən 2 min il əvvəl bu qabların əksəriyyətində süd məhsulları saxlanılıb. Bu barədə Barselona Muxtar Universitetinin yaydığı məlumatda bildirilir. Qablar Menorkaya xas üslubda hazırlanıb: hündür alt hissəyə və kiçik tutuma malik olub. Yerli istehsal olan bəzi saxsı qabların fraqmentlərində, eləcə də digər Aralıq dənizi mədəniyyətlərinə aid üslublarda hazırlanmış qablarda xaricdən gətirilmiş şərabın qalıqları aşkar edilib.
“Bu tapıntılar yerli icmalarla digər bölgələrdən gələn insanlar arasında mövcud olmuş mürəkkəb və çoxşaxəli əlaqələri üzə çıxarır. Ada sakinləri xarici mənşəli keramika formalarını mənimsəsələr də, həmin qabları əvvəlcə hazırlanma məqsədlərinə uyğun olaraq, yəni şərab saxlamaq üçün istifadə etməyə davam ediblər”, – deyə Barselona Superkompüter Mərkəzinin əməkdaşı Sonia Carbonell bildirib.
Qalıqların tərkibində heyvan yağları və bitki yağları da müəyyən edilib. Qablar mağaranın girişindəki həyət hissəsində tapılıb. Tədqiqatçılar hesab edirlər ki, onlardan qurbanvermə mərasimlərində, birgə yeməklərdə və ya xatirə mərasimlərində istifadə olunub.
Süd izləri, həmçinin körpələrə süd vermək üçün istifadə edildiyi ehtimal olunan bir qabda da aşkarlanıb. Bu qab mağaranın dəfn kamerasında tapılıb.
“Bu körpə əmziyi bizə uşaqlara qulluq və onların qidalandırılması haqqında məlumat verir. O, insanların körpələri necə yedizdirdiyini, eləcə də bu cür təcrübələrin dəfn mərasimlərinə necə daxil edildiyini göstərir”, – deyə Pompeu Fabra Universitetinin əməkdaşı Marqalida Koll bildirib.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”
Digər Xəbərlər
Faydalı linklər
ÇOX OXUNANLAR
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
TƏQVİM / ARXİV
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu. Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu. Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir! Hələ də dünyada ədalətsizliklər mövcuddur! Hələ də dünyada ikili standartlar var! Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir! Odur ki, biz daima güclü olmalıyıq. Güclü olmağın əsas şərti isə bizim birliyimizdir! Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq. Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq. Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik. Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir. Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!
1 mənbə