Zelenskidən Aİ-yə 45 milyard avroluq kredit çağırışı


Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Kiyevə 45 milyard avro (49 milyard dollar) məbləğində kredit ayırması ilə bağlı təklifin tezliklə qəbul olunacağına ümid etdiyini bildirib.
Xitab24.az xəbər verir ki, Zelenski bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
“Biz bu qərarın Avropa Parlamenti və Aİ Şurası tərəfindən tezliklə qəbul olunacağına böyük ümid bəsləyirik və bütün üzv dövlətlərin dəstəyinə arxalanırıq”, – deyə Ukrayna Prezidenti vurğulayıb.
Qeyd edək ki, sözügedən maliyyə yardımının ayrılması üçün təklifin Avropa İttifaqının müvafiq qurumları tərəfindən təsdiqlənməsi tələb olunur.
